İngilis dilində “Search Engine Optimization” sözlərinin qısaltmasından ibarət olan SEO, rəqəmsal marketinqin ən vacib sahələrindən biridir. Azərbaycan dilində “Axtarış motorunun optimallaşdırılması” olaraq ifadə edilən SEO, saytlarınızı axtarış motorlarının sıralanma meyarlarına uyğun optimallaşdırma prosesidir, bu da internetdə axtarış verən istifadəçilərə axtardıqları məzmun barədə ən uyğun və dəqiq məlumatları tapmasına imkan verir. Digər saytlardan fərqlənərək saytınızı istifadəçilərə çatdırmaq üçün çox vacib olan SEO prosesi saytınızı Google və digər axtarış motorlarının sıralama meyarlarına uyğunlaşdırır.