Social media-bro

SMM Nədir?

Sosial media marketinq əhəmiyyətinin gündən-günə artdığı və bu sektora ciddi sərmayələrin qoyulduğu bir sahədir.Sosial media bu gün ən təsirli marketinq strategiyalarının yaradıldığı  platformalar arasındadır.  Başqa sözlə, sosial media platformalarında hazırlanan bütün marketinq strategiyaları “Sosial Media Marketinqi” adlanır.

Niyə SMM?

Markaların bu marketinq metodunu seçməsinin ən vacib səbəblərindən biri ənənəvi bazarda hədəf kütləsinə tamamilə çatmaq mümkün deyil və ya həddindən artıq bahadır. Bununla birlikdə, sosial media marketinqi sizə  daha az büdcə ilə düzgün hədəf kütləyə reklam verməyə şərait yaradır. Bir digər amil isə auditoriya ilə bir başa ünsiyyətdə olmağa şərait yaradır.

Xidmət üstünlükləri

Daha çox marka tanınması

Araşdırmalara əsasən müştərilər markalar ilə ilk olaraq sosial mediada tanış olur. Markanızın sosial mediada varlığı potensial müştərilərinizin sizi tapmasına və çevik əlaqə qurmasına fürsət yaradır. 

Potensial müştərilər

Sosial media üzərindən etdiyiniz paylaşımlar zamanı vebsayta yönləndirmə çox effektivdir. Bu addım, hədəf müştəri kütləsinə daha dolğun məlumat çatdırmaq üçün ideal imkanlar yaradır. Nəticədə, vebsaytınıza daha çox daxil olan istifadəçilər, zamanla real müştərinizə çeviriləcəkdir. Bu istiqamətdə rəqəmsal marketinq alətlərinin də köməyi əvəzsizdir.

Müştəri loyallığı

Sosial şəbəkədə olan şirkətlər ilə onların müştəriləri arasında daha çox sadiqliyin olduğu barizdir. Bunun başlıca səbəbi müştərinin ehtiyacı olduğu zaman şirkətə bir klik qədər yaxın olmasıdır.

Az büdcə və ölçüləbilən sərfiyyat

Sosial media marketinqi ənənəvi marketinqdən dəfələrlə ucuz və effektivdir. Belə ki, siz reklama ayırdığınız büdcəni özünüz təyin edir, ayırdığınız məbləğə uyğun olaraq nə qədər geri dönüş (müştəri) əldə etdiyinizi və reklamın sizə olan sərfiyyatını ölçə bilirsiniz.

Xidmətlər:

  • Strategiyanın qurulması
  • Hədəf kütlənin təyin edilməsi
  • Hədəf kütləyə uyğun məzmunun yaradılması
  • Rəqib analizi
  • Büdcənin təyin olunması
  • Hədəf kütləyə uyğun məzmunun yaradılması
  • Rəqəmsal kampaniyalar və viral reklamlar